"Tottenhem" onu hədəfə aldı

00:30 - 26 May 2026

\"Tottenhem\" onu hədəfə aldı

"Tottenhem" klubu yay transfer pəncərəsində "Benfika"nın qapıçısı Anatoli Trubini heyətinə qatmağı planlaşdırır.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, London təmsilçisi ukraynalı qolkiperin keçidinə maraq göstərir.

Qeyd edək ki, qolkiper Çempionlar Liqasının ümumi mərhələsinin sonuncu turu çərçivəsində "Rea"la keçirilən görüşün 90+8-ci dəqiqəsində standart vəziyyətdən sonra rəqib qapısına yol tapmaqla yadda qalıb. Məhz bu qol "qartallar"ın ÇL-in pley-off zonasında, 24-cü pillədə qərarlaşmasına və mərhələ adlamasına kömək edib.

Xatırladaq ki, Trubin daha əvvəl klubun hazırkı baş məşqçisi Roberto De Zerbi "Şaxtyor"a rəhbərlik edərkən mütəxəssislə birlikdə çalışıb. Qapıçının Lissabon klubu ilə qüvvədə olan müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az