“Turan Tovuz” futbolçusu Hayderson Hurtado ilə müqaviləni uzadıb.
Manset.az xəbər verir ki, kolumbiyalı müdafiəçi sosial şəbəkə hesabında bu barədə paylaşım edib.
30 yaşlı futbolçunun yeni sözləşməsi 2029-cu ilin yayına kimidir.
Qeyd edək ki, 2025-ci ildən “Turan Tovuz”da çıxış edən Hurtado başa çatan mövsümdə Misli Premyer Liqasında 32 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.