Futbol üzrə Türkiyə milli komandası Dünya Çempionatının qrup mərhələsində son oyununa çıxacaq.
Manset.az-ın əldə etdiyi məlumata görə, sabah Türkiyə yığması Amerika millisi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 06:00-da keçiriləcək. Matç Kaliforniya ştatında yerləşən 70 min azarkeş tutumuna malik Sofi stadionunda baş tutacaq.
Qarşılaşma İTV və Türkiyənin TRT1 telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Türkiyə millisi ilk oyunda Avstraliyaya 0-2 hesabı ilə, ikinci oyunda isə Paraquaya 0-1 hesabı ilə məğlub olaraq Dünya Çempionatında qrup mərhələsindən çıxma şansını itirmişdi.
Manşet.az