logo
logo logo
logo

“Qarabağ”ın məşhur futbolçusu komandanı tərk etdi - FOTO

13:44 - 27 İyun 2026

“Qarabağ”ın məşhur futbolçusu komandanı tərk etdi - FOTO

"Qarabağ" futbol klubunun oyunçusu Leandro Andrade Ukraynanın "Polesye" klubu ilə razılığa gəlib.


Manset.az xəbər verir ki, bu barədə "Qarabağ" klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.

2022-ci ilin yanvarından "Qarabağ"ın formasını geyinən kabo-verdeli futbolçu 4 dəfə (2021-2022, 2022-2023, 2023-2024 və 2024-2025-ci illər mövsümlərində) Azərbaycan çempionu olub, 2021/2022 və 2023/2024-cü illər mövsümlərində Azərbaycan kubokunu qazanıb. Leandro "Qarabağ"da keçirdiyi ümumilikdə 213 matçda 60 qol vurub.

O, "Qarabağ"da oynadığı müddətdə Avropa miqyaslı klub turnirlərinin tarixinə düşüb. L.Andrade əsas mərhələlərin üç fərqli matçının 1-ci dəqiqəsində qol sevinci yaşayan ilk və yeganə oyunçudur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az