“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevin sabah Avroliqa matçında “Vestri”yə qarşı matçda meydana çıxıb-çıxmayacağı ilə bağlı sualı cavablandırıb.
Manset.az xəbər verir ki, o, müdafiəçinin meydana çıxa biləcəyini istisna etməyib:
“Elvin bizim oyunçumuzdur. Meydana çıxmaq ehtimalı var. Sonradan girəcək, ya əvvəldən oynayacaq, onu deyə bilməyəcəm”.