Futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
Manset.az xəbər verir ki, Azərbaycanı Avropanın ən nüfuzlu klub turnirində təmsil edən “Sabah”ın da potensial rəqibləri bəlli olub.
Bakı klubu II təsnifat mərhələsində Finlandiyanın "KuPS" komandasını keçə bilsə, növbəti raundda "Orxus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. “Sabah” ilk oyununu səfərdə keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk görüşləri avqustun 4-5-də, cavab matçları isə 11-də təşkil olunacaq.