logo
logo logo
logo

"“Dinamo” ilə oyuna yaxşı nəticə üçün gedirik " - Qurban Qurbanov

12:33 - 05 Avqust 2026

\"“Dinamo” ilə oyuna yaxşı nəticə üçün gedirik \" - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşmadan əvvəl mətbuat konfransı keçirib


Manset.az xəbər verir ki, çalışdırıcı rəqiblə bağlı fikirlərini bildirib, daha sonra jurnalistlərin suallarını cavablayıb.

“Vacib səfərə çıxırıq. Azərbaycana çox tanış olan və azarkeşi çox olan komandaya qarşı oynayacağıq. Maraqlı olacaq, oyuna tam istədiyimiz kimi hazırlaşmışıq, səfərə yaxşı nəticə üçün gedirik. Rəqib də ciddi hazırlaşıb, çempionat oyunları təxirə salınıb”, - Q.Qurbanov deyib.

- Savonun yoxluğunda mərkəz hücumçusu Renaldo Sefası görə bilərik? Hansısa dəyişikliklər olacaq?

- Variantlardan biridir. Amma ola bilər ki, bu oyunda, ola bilər ki, başqa oyunlarda. Hələ ki tam qəti qərar verməmişik ki, Sefas orada oynayacaq, ya yox.

- Sabahkı matçda sizi daha çox narahat edən “Dinamo”nun adıdır, yoxsa futbolçuları? 

- Məni həmişə narahat edən rəqib yox, özümüz olmuşuq. Komandamın istədiyim kimi hazırlıq keçməsi vacib məsələdir. Bəzi narahatlıqlarım var. Sofiyadakı cavab oyunundan sonra bəzi futbolçularda mikrozədələr olur, tam formada məşq edə bilmədilər. Oyundan sonra məşqçilər arasında danışırdıq və dedim ki, bu gün 120 dəqiqə oynamaq istənilən komanda üçün tezdir. Xüsusilə də yeni formalaşmışıq. 90 dəqiqəyə hazır olmayanlar var idi. Oyunçuların bərpası gec oldu. Məni narahat edən öz komandamızdır. Amma belə köhnə postovet komandalarına qarşı oynamağı xoşlamışam. “Dinamo”ya uşaq vaxtı özüm azarkeşlik edirdim.

“Dinamo” və “Spartak” idi. Köhnə “Spartak”ın oyunu mənim üçün daha uyğundur. Ancaq “Dinamo”ya daha çox azarkeşlik edirdim. Bəlkə başqa komanda olsaydı, maraq daha az olardı. Ancaq “Dinamo”nu hamı tanıyır, yaşlı nəsil onların oyunlarına baxıb. Belə komandalara qarşı oynamaq mənim üçün prestij olub, çəkinməmişəm. Həmişə demişəm, irəli getmək, böyümək üçün bu cür komandalara qalib gəlməlisən.

- Pley-off mərhələsinə keçsəniz, daha güclü rəqiblərlə qarşılaşacaqsınız. “Qarabağ” bu gün avrokuboklarda həm də çempion olmamağın əziyyətini çəkir? 

- Belə rəqiblərə qarşı çox oynamışıq. Ötən mövsüm çox yükləndik. Bizim kimi çox komanda keçənilki nəticələri qoruyub saxlaya bilmədi, çempionatda da belə oldu. ÇL-in çəkisi başqadır. Hətta qrupda yox, o ad özü tam başqadır. Kollektiv həmişə sağlam olmur, il ərzində eyni gəlir, eyni nəticə, eyni göstərici olmur. Gedişatda bunu yaxşılaşdırmaq baxımından güc sərf etməli oluruq. Sofiyada qalib gəlməsək də, uduzmamışıq da. Hər iki matç bərabərliklə başa çatdı. Cavab oyununda komandamın xarakterindən tam razı qaldım. Bu oyunda isə bəzi futbolçulara görə narahatlığım var.

Oyunçular bərpa olub, amma tam qaydasında deyil. Zakaria Savo bu cür rəqiblərə qarşı lazım idi. Onun olmaması əlavə düşünülməyən epizod oldu. Buna baxmayaraq, rotasiyalar edəcəyik, yaxşı hazırlaşacağıq. Çempionluq həmişə bizə yazılmayıb, rəqiblər də illər boyu bu turnirlərdə iştirak etmək üçün proqram qururlar. Ola bilər ki, yenilənməyə ehtiyac var. Yolumuza davam edirik. O demək deyil ki, tutduğumuz yol düzgün deyil. Addımlar da atırıq, düşünürəm ki, yaxşı olacaq. Sona kimi mübarizə aparacağıq”.

Qeyd edək ki, “Dinamo” - “Qarabağ” oyunu avqustun 6-sı Polşanın Lubin şəhərindəki “Lubin Arena”da baş tutacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az