UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) - "Qarabağ" matçında ikinci hissə başlayıb.
Manset.az xəbər verir ki, "Lublin Arena" stadionunda keçirilən qarşılaşmada Ukrayna təmsilçisi hesabda irəlidədir - 1:0.
10-cu dəqiqədə Matvey Ponomarenko fərqlənib.
***
21:51
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) - "Qarabağ" matçında ilk hissə bitib.
Manset.az xəbər verir ki, "Lublin Arena" stadionunda keçirilən qarşılaşmada Ukrayna təmsilçisi hesabda irəlidədir - 1:0.
10-cu dəqiqədə Matvey Ponomarenko fərqlənib.
***
21:15
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) - "Qarabağ" matçında ilk qol vurulub.
Manset.az xəbər verir ki, "Lublin Arena" stadionunda keçirilən qarşılaşmada Ukrayna təmsilçisi hesabı açıb - 1:0.
10-cu dəqiqədə Matvey Ponomarenko fərqlənib.
***
21:02
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) - "Qarabağ" matçı başlayıb.
Manset.az xəbər verir ki, qarşılaşma "Lublin Arena" stadionunda keçirilir.
Görüşü danimarkalı FIFA referisi Morten Kroq idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.