Braziliyalı vinger Qabriel Martinelli “Arsenal”dan ayrılaraq “Əl-Hilal”a keçib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalandığını açıqlayıb. Razılaşma 2030-cu ilin yayına qədər qüvvədə olacaq.
Qeyd edək ki, Martinelli 2019-cu ilin yayından “Arsenal”da çıxış edirdi. O, ötən mövsüm London klubunun heyətində bütün turnirlərdə 53 matça çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.