“Tottenhem” Richarlisonu UEFA siyahısından çıxardı
Manset.az türk mediasına istinadən xəbər verir ki, UEFA-ya heyət siyahılarının təqdim edilməsi üçün müəyyənləşdirilən son müddətdən qısa müddət əvvəl adı Türkiyə klubları ilə hallanan “Tottenhem”in braziliyalı hücumçusu Richarlison heyətdən kənarda qalıb.
İki mövsümdür liqadan düşmə təhlükəsi ilə üzləşən və əvvəlki uğurlu günlərinin həsrətini çəkən “Tottenhem Hotspur” cari mövsümə uğursuz başlayıb. London klubu ilk iki turu xalsız başa vurub.
Heyətində ciddi dəyişikliklər edən “Tottenhem” transfer pəncərəsi ərzində 350 milyon avrodan çox vəsait xərcləyib. 19 futbolçu ilə yollarını ayıran klubun braziliyalı ulduzu Richarlisonun adı isə transfer pəncərəsinin son saatlarında Türkiyəyə keçidlə bağlı hallanıb.