Çağlar Söyüncü və Rodriqo Bekao ilə yollarını ayırmağa hazırlaşan "Fənərbaxça" müdafiə xəttini gücləndirmək üçün "Konyaspor"un futbolçusu Adil Demirbağı transfer etmək istəyir.
Manset.az türk mediasına istinadən xəbər verir ki, transfer pəncərəsinin bağlanmasına saatlar qalmış İstanbul təmsilçisi 28 yaşlı mərkəz müdafiəçisi üçün rəsmi təklif göndərib.
"A Spor"un məlumatına görə, tərəflər arasında danışıqlar davam edir. Bildirilir ki, "Fənərbaxça" Adil Demirbağ üçün 1,5 milyon avro təklif etsə də, "Konyaspor" bu məbləği kifayət hesab etməyərək daha yüksək təzminat tələb edib.
Hazırda klublar arasında transferin maliyyə şərtləri ilə bağlı müzakirələr davam edir.