Misli Premyer Liqasının IV turunda "Qəbələ" "İmişli"yə qalib gəlib.
Manset.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.
Hesabı 15-ci dəqiqədə "qırmızı-qaralar"dan Kouya Mabea açıb. 45+2-ci dəqiqədə qonaq komanda hesaba tarazlıq gətirib. Dioqo Almeyda adını tabloya yazdırıb.
"Qəbələ"yə 3 xalı qazandıran qola isə 66-cı dəqiqədə Karim Rossi imza atıb.
Bu nəticə ilə xallarının sayını 4-ə çatdıran "Qəbələ" cari mövsüm ilk qələbəsini qazanıb.