logo
logo logo
logo

Hakimləri təhqir edən futbolçu cəzalandırıldı

15:50 - 10 Sentyabr 2026

Hakimləri təhqir edən futbolçu cəzalandırıldı

2-ci Liqada çıxış edən “Difai”nin futbolçusu Emil Binyətzadə 4 oyunluq cəza alıb.


Manset.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Oyunçu 2-ci turda, “Marafon”la matçın 90+4-cü dəqiqəsində qeyri-etik ifadə və hərəkətə yol verdiyi üçün qırmzıı vərəqə alıb. O, daha sonra hakimləri təhqir etdiyi üçün 4 matçlıq cəza ilə üzləşib. “Difai”yə isə 1000 manat cərimə kəsilib.

Bundan əlavə, onun komanda yoldaşı Fəzail Şirxanzadə 83-cü dəqiqədə ikinci sarı vərəqəni aldığı üçün meydandan qovulub və 1 matç cəza alıb. Klub isə 50 manat ödəməli olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az