Misli Premyer Liqasında 5-ci turun oyunları keçirilir.
Manset.az xəbər verir ki, bu gün iki oyun baş tutacaq.
“Kəpəz” “Qəbələ”ni qəbul edəcək.
“Sumqayıt” isə “Şamaxı” ilə qarşılaşacaq.
Turun daha öncə keçirilmiş oyununda “İmişli” “Neftçi”yə uduzub – 2:3. “Araz-Naxçıvan” – “Turan Tovuz” və “Zirə” – “Qarabağ” oyunları sabah keçiriləcək. “Şəfa” – “Sabah” görüşü isə sentyabrın 14-də baş tutacaq.
Premyer Liqa
5-ci tur
12 sentyabr
“Kəpəz” – “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Cavid Cəlilov.
VAR: Elvin Bayramov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Gəncə şəhər stadionu, 17:30.
“Sumqayıt” – “Şamaxı”
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Teymur Teymurov, İnqilab Məmmədov.
VAR: Vüqar Həsənli.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“SOCAR Polymer Arena”, 19:45.