Misli Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.
Manset.az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edib.
Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0. Filip Damyanoviç 90+6-cı dəqiqədə fərqlənib.
Xallarının sayını 11-ə çatdıran meydan sahibləri dördüncü pillədə qərarlaşıb. Bakı klubu 10 xalla beşinci sıradadır.
Günün ikinci görüşündə "İmişli" "Sabah"ın qonağı olacaq.
Xatırladaq ki, tura sentyabrın 20-də yekun vurulacaq. Ötən gün "Neftçi" "Qəbələ"ni (3:0), "Qarabağ" "Şəfa"nı məğlub edib - 1:0.