logo
logo logo
logo

“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri AÇIQLANDI

19:41 - 21 Sentyabr 2026

“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri AÇIQLANDI

"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi ev oyunlarına vahid biletlər satışa çıxarılıb.


Manset.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidmətindən məlumat verilib.

Azarkeşlər bir bilet əldə etməklə komandanın "Slaviya" (Çexiya), "Borussiya" (Dortmund, Almaniya), "Barselona" (İspaniya) və "Napoli"yə (İtaliya) qarşı keçirəcəyi dörd ev qarşılaşmasını canlı izləyə biləcəklər.

Biletlərin qiyməti 35-285 manat arasında dəyişir.

Alınmış biletlərin geri qaytarılmayacağı, dəyişdirilməyəcəyi və bərpa edilməyəcəyi bildirilib.

Biletlər yalnız QR-bilet formatında təqdim olunur. Biletdən istifadə etmək üçün azarkeşin iTicket.AZ mobil tətbiqində bileti əldə etdiyi hesabına daxil olması tələb olunur. QR-biletlər yalnız qarşılaşmaların keçiriləcəyi gün aktivləşdiriləcək.

Qeyd edək ki, "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az