"Qalatasaray" 2 futbolçusu ilə yollarını ayırdı

01:28 - 27 Yanvar 2022

\"Qalatasaray\" 2 futbolçusu ilə yollarını ayırdı

"Qalatasaray" 2 futbolçusu ilə yollarını ayırıb.

 

Manset.az xəbər verir ki, İstanbul təmsilçisi müdafiəçiisi DeAndre Yedlinlə vidalaşıb. Oyunçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Həmçinin "sarı-qırmızılılar" yarımmüdafiəçisi Atalay Babacanı icarəyə verib. 21 yaşlı futbolçu mövsümün sonunadək 1-ci Liqa təmsilçisi "Ümraniyespor"da çıxış edəcək.

Qeyd edək ki, "Qalatasaray" DeAndre Yedlini 2021-ci ilin yanvarında "Nyukasl"dan transfer etmişdi. Atalay Babacan isə İstanbul təmsilçisinin yetirməsidir. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az