logo
logo logo
logo

UEFA-nın vitse-prezidenti Qvardiolanı tənqid etdi

22:17 - 14 Noyabr 2026

UEFA-nın vitse-prezidenti Qvardiolanı tənqid etdi

UEFA-nın vitse-prezidenti Zbiqnev Bonek “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın oyun fəlsəfəsini tənqid edib. 


Manset.az Qol.az-a istinadən xəbər verir ki, Bonek ispaniyalı mütəxəssisin futbola yanaşmasını bəyənmədiyini bildirib:

“Qvardiolaya böyük hörmətim var, amma o, futbola zərər vurub. Onun oyun fəlsəfəsi “sən mənə ötür, mən sənə qaytarım” prinsipinə əsaslanır. Sağ cinaha gedirik, sonra sola qayıdırıq və matçın sonunda 1788 ötürmə edirik. Bu, mənim xoşuma gəlmir. Mən şaquli futbol oynayan, irəli getməyə və qol vurmağa çalışan komandaları sevirəm”.

Bonek İtaliya futbolundan “Latsio” və “Frozinone”ni nümunə göstərərək onların daha çox irəli oynamağa və risk etməyə üstünlük verdiyini vurğulayıb:

"Ən az ötürmə ilə, mümkün qədər sadə şəkildə qol vurmağa çalışan komandaların oyununu bəyənirəm. Ötürmələr az, amma sürətli olmalıdır. Müasir futbolda ləngliyə yer yoxdur. Yavaş futbolçuların artıq şansı qalmayıb. Geriyə ötürmələr isə komandaya zərər verir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az