logo
logo logo
logo

Messinin komandası öz meydanında darmadağın oldu 

14:30 - 22 Noyabr 2026

Messinin komandası öz meydanında darmadağın oldu 

"İnter Mayami" Şimali Amerikanın Əsas Futbol Liqasının (MLS) 1/8 final mərhələsinin ilk oyununda öz meydanında "Kolambus"a 0:3 hesabı ilə məğlub olub.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, qonaq komandanın heyətində qolları Qonsalo Tapia (9-cu və 58-ci dəqiqələr) və Taha Habrun (52-ci dəqiqə) vurublar.

Qarşılaşmanın 36-cı dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Qonsalo Luxan qırmızı vərəqə alaraq meydandan qovulub. Nəticədə "İnter Mayami" matçın qalan hissəsini azlıqda keçirib.

İki qələbəyədək davam edəcək seriyanın növbəti oyunu "Kolambus"un doğma meydanında baş tutacaq.

Qeyd edək ki, "İnter Mayami" MLS-in son çempionudur. Komandanın heyətində səkkizqat "Qızıl top" mükafatçısı Lionel Messi də çıxış edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az