Şəhriyar Məmmədyarov "Tata Steel Chess" şahmat turnirində növbəti görüşünü keçirib.
Manşet.az xəbər verir ki, Niderlandın Veyk-an-Zeye şəhərindəki turnirin XI turda təmsilçimiz rusiyalı Sergey Karyakinlə üz-üzə gəlib.
Ağ fiqurlarla oynayan Məmmədyarov 23-cü gedişdə heç-heçəyə razılaşıb.
Bu nəticədən sonra xallarını 6,5-ə çatdıran Azərbaycan təmsilçisi hələlik 4-cü pillədə qərarlaşıb.