Güləşçimiz Rusiyada qızıl medal qazandı

21:27 - 28 Yanvar 2022

Güləşçimiz Rusiyada qızıl medal qazandı

Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Rusiyanın Krasnoyarsk şəhərində ikiqat Olimpiya çempionu İvan Yarıginin xatirə turnirinin qalibi olub.

Manşet.az xəbər verir ki, turnirdə 59 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz finalda rusiyalı Jarqalma Tsırenova üzərində əzmkar qələbə qazanıb - 5:3.

O, əvvəlki qarşılaşmalarında rusiyalı Yuliya Artışkoya "tuşe" ilə, dörddəbir finalda Monqolustan təmsilçisi Şovdur Baatarjava sonuncu xal prinsipinə əsasən (6:6), yarımfinalda daha bir rusiyalı Yuliya Alborova üzərində tam üstünlüklə (14:1) qələbə qazanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az