“Qarabağ” futbolçusu Qaspar Panaderonun Kiprin AEK klubuna keçəcəyini açıqlayıb.
Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında yeni komandasında çıxış edəcək.
Qeyd edək ki, ötən yay "Qarabağ"a gələn ispaniyalı yarımmüdafiəçi bu mövsüm cəmi 4 oyunda meydana çıxıb. Sonuncu dəfə isə oktyabrın 3-də "Qəbələ" ilə çempionat matçından iştirak edib.