Millimizin üzvü Mahir Emrelinin yeni klubu "Dinamo"da (Zaqreb) nə qədər qazanacağı məlum olub.
Manset.az xəbər verir ki, 25 yaşlı hücumçu Xorvatiya təmsilçisində illik 500 min avroya (təxminən 1 milyon manata) oynayacaq. Bu, bonuslarla birgə alınan yekun rəqəmdir.
Mahir "Legiya"da daha az alırdı - təxminən 300 min avro.
Xatırladaq ki, millimizin forvardı "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb.