“Zirə”dən yeni transfer

20:53 - 10 Fevral 2022

“Zirə”dən yeni transfer

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

Manşet.az xəbər verir ki, paytaxt təmsilçisi Ahmed Ayzaya ilə 1.5 illik müqavilə bağlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sözləşmənin müddəti sonradan daha bir il uzadıla bilər.

26 yaşlı nigeriyalı yarımmüdafiəçi daha əvvəl Portuqaliyanın “Ribeyrao”, “Oliveyrense”, “Vilaverdense”, “Jil Visente”, “Varzim” və “Kovilya” klublarında çıxış edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az