12 yaşlı Kriştianu Ronaldu (oğul) “Mançester Yunayted”in oyunçusu olub.
Manset.az xəbər verir ki, bu barədə futbolçu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriqes sosial şəbəkə hesabında paylaşım edib.
“Birlikdə arzularımız uğrunda mübarizə aparırıq. Ana səni sevir”, - deyə o bildirib.
Qeyd edək ki, oğul Kriştianu Ronaldu da atası kimi yeddi nömrəli formanı seçib. O “Qırmızı şeytanlar”dan öncə “Yuventus”un formasını geyinib.