Gimnastımız Dünya Kubokunun finalında

17:52 - 12 Fevral 2022

Gimnastımız Dünya Kubokunun finalında

Azərbaycan təmsilçisi Selcan Mahsudova Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda finala yüksəlib.

Manşet.az xəbər verir ki, 19 yaşlı idmançı təsnifat mərhələsində ilk cəhddə 52.720 xala layiq görülüb. Mahsudova ikinci cəhdində 53,100 xal qazanıb. Bu nəticə ilə gimnastımız qrup lideri kimi finala yüksəlib.

Qeyd edək ki, Dünya Kubokunda final mərhələsi fevralın 13-də olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az