Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq

23:30 - 15 Fevral 2022

Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq

Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq.

Milli Paralimpiya Komitəsindən Manşet.az-a verilən məlumata görə, qış idman növləri üzrə yığmanın üzvü Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçiriləcək nüfuzlu yarışda iştirak edəcək.

O, kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq. İdmançının çıxışı martın 9-da baş tutacaq.

Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4 - 13 martda təşkil olunacaq. Açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az