Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi “Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Marsel”lə (Fransa) cavab oyununa çıxacaq.
Manşet.az xəbər verir ki, ilk oyunda rəqibinə 1:3 hesabı ilə uduzan Ağdam təmsilçisi, doğma meydanda cavab qarşılaşmasında qələbə qazanmağa çalışacaq.
Saat 21:45-də start götürəcək oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək.
Avropa Konfrans Liqası
1/16 finalın cavab oyunu
24 fevral
21:45. Qarabağ – Olimpik (Marsel)
Hakimlər: Bartoş Frankovski, Martsin Bonek, Yakub Vinkler, Kjiştof Yakubik (hamısı Polşa).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun: 1:3.
***
Matç başladı.
***
Qarşılaşmanın 12-ci dəqiqədə rəqibin heyətində Pape Quye hesabı açdı.
***
Oyunun 33-cü dəqiqəsində İbrahima Vadji “Qarabağ”ın qolunu vurdu.
***
Vadjinin vurduğu qol əl ilə olduğuna görə qeydə alınmadı.