Azərbaycanın qadın qrupu Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının finalına yüksəlib

13:42 - 06 Mart 2022

Azərbaycanın qadın qrupu Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının finalına yüksəlib

Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarında finala vəsiqə qazanıblar.

 

Manset.az xəbər verir ki, qadın qrupumuzun iki (balans və temp) hərəkətlərə görə balı 55,120 təşkil edib.

Finala həmçinin Rusiya (55,600), Belçika (55,600), Portuqaliya (55,3030), İsrail (53,940), Fransa (53,500), Böyük Britaniya (52,550), Almaniya (52,350), Niderland (52,160) və Polşa (51,970) qrupları keçiblər.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az