"Şalke" klubu baş məşqçisi ilə vidalaşıb

14:40 - 06 Mart 2022

\"Şalke\" klubu baş məşqçisi ilə vidalaşıb

Almaniya "Şalke"si baş məşqçisi Dimitrios Qrammozislə yollarını ayırıb.

 

Manset.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı yunanıstanlı mütəxəssislə birlikdə onun köməkçiləri Sven Pipenbrok və Uil Kurt da istefaya göndərilib.

Klubun idman direktoru Ruven Şreder bildirib ki, Bundesliqaya çıxmaq şansları davam etdiyindən məşqçilər heyətində yeni nəfəsə ehtiyac var.

Qrammozisin Gelzenkirhen təmsilçisi ilə bu ilin yayınadək müqaviləsi var idi.

Qeyd edək ki, "Şalke" 25 turdan sonra 41 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Komandanı lider "Darmştadt"dan cəmi 6 xal ayırır.

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov "Şalke"nin U-23 komandasında çıxış edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az