"Qəbələ" və "Zirə" komandaları arasında Azərbaycan Premyer Liqasının XIX tur matçında məcburi fasilə elan edilib.
Manset.az-ın məlumatına görə, buna Qəbələyə yağan güclü qar səbəb olub.
Matçın baş hakimi Əliyar Ağayev Qəbələ şəhər stadionunda meydançanın xətlərinin qardan təmizlənməsi üçün oyunu 65-ci dəqiqədə dayandırıb.
Qeyd edək ki, görüşdə hesab açılmayıb.