AFFA-ya yeni baş katib təyin OLUNDU - FOTO

12:00 - 17 Mart 2022

AFFA-ya yeni baş katib təyin OLUNDU - FOTO

Azərbaycan Futbol Federasiyaları Assosiasiyalarının (AFFA) baş katibi dəyişib.

 

Manset.az xəbər verir ki, AFFA-dan verilən məlumata görə, bu, qurumun İcraiyyə Komitəsinin bu gün videokonfrans formatında keçirilmiş iclasında gerçəkləşib.

AVRO-2020-nin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, baş katibin müavini Sərxan Hacıyevə AFFA-nın baş katibi vəzifəsi həvalə olunub.

O, yeni vəzifədə Elxan Məmmədovu əvəzləyib. 2007-ci ildən AFFA-da baş katib vəzifəsini tutan E.Məmmədov bundan sonra yalnız icraçı vitse-prezident kimi fəaliyyət göstərəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az