Bu gün ÇL-də 1/4 finalın püşkü atılacaq

08:53 - 18 Mart 2022

Bu gün ÇL-də 1/4 finalın püşkü atılacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkü atılacaq.

 

Manset.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

1/4 finalda İspaniyanın "Atletiko" (Madrid), "Real Madrid", "Vilyarreal", İngiltərənin "Liverpul", "Mançester Siti", "Çelsi", həmçinin Almaniyanın "Bavariya" və Portuqaliyanın "Benfika" klubları iştirak edəcək.

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 5-6 apreldə, cavab qarşılaşmaları isə 12-13 apreldə gerçəkləşəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az