Türkiyə millisinin hücumçusu Burak Yılmaz yığmadakı karyerasını başa vurub.
Manset.az xəbər verir ki, bu barədə futbolçu özü açıqlama yayıb. O, gənclərə yol açmaq üçün bu addımı atdığını bildirib.
Qeyd edək ki, dünən dünya çempionatının pley-off oyunlarında Türkiyə millisi səfərdə Portuqaliyaya 3:1 hesabı ilə uduzub. Burak Yılmaz matçda bir qol vursa da, hesab 2:1 olarkən, son dəqiqələrdə penaltini dəqiq yerinə yetirə bilməyib. Nəticədə Türkiyə mübarizəni dayandırıb və dünya çempionatına gedə bilməyib. Burak həmin matçdan sonrakı mətbuat konfransında millidən getdiyini açıqlayıb.
Burak Yılmaz yığmanın heyətindəki debütü 2006-cı il aprelin 12-də Azərbaycan millisinə qarşı olmuşdu. O bu günədək milli komandada 77 oyun keçirib, 31 qol vurub.