Azərbaycanlı idman gimnastı Hüseyn Xəlilov növbəti uğura imza atıb.
Manset.az xəbər verir ki, 11 yaşlı Hüseyn Rusiyanın Kemerovo şəhərində keçirilən “Kuzbass baharı” turnirində çıxış edib.
O, çoxnövçülükdə mütləq çempion olub. Ümumilikdə Hüseyn Xəlilov bu turnirdə altı qızıl medal qazanıb.