"Mançester Yunayted"in futbolçusuna ŞOK

15:05 - 27 Mart 2022

\"Mançester Yunayted\"in futbolçusuna ŞOK

"Mançester Yunayted"in yarımmüdafiəçisi Tahit Çon silahlı soyğuna məruz qalıb.

 

 

Manset.az  "The Sun" qəzetinə istinadən xəbər verir ki, hazırda icarə əsasında "Birmingem"də oynayan Tahitin evinə yanvarın 16-da 3 silahlı soyğunçu girib. Onlar yatmış futbolçunun boğazına bıçaq dirəyərək bahalı saatları və qızıl-zinət əşyalarını tələb ediblər.

Polis baş verən hadisənin iştirakçılarının kimliyini hələ də müəyyənləşdirə bilməyib.

Qeyd edək ki, bu il  "Mançester Yunayted" və "Mançester Siti"də çıxış edən daha 4 futbolçu soyğuna məruz qalıb. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az