20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirib.
Apasport.az saytının məlumatına görə, Bakıda təlim-məşq toplanışını başa vuran milli hazırlıq çərçivəsində son sınağına çıxıb.
Yığma birinci divizion təmsilçisi “Kəpəz”lə qarşılaşıb. Gəncə klubu 2:1 hesablı qələbə əldə edib.
Millinin qoluna Murad Vəliyev imza atıb.