Əşrəf Aşırovdan erməni idmançı üzərində təmiz qələbə - Yenilənir

15:02 - 28 Mart 2022

Əşrəf Aşırovdan erməni idmançı üzərində təmiz qələbə - Yenilənir

Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı start götürəcək.

 

Manset.az xəbər verir ki, ilk gündə 5 sərbəst güləşçimiz mübarizəyə başlayacaq. 

Belə ki, 57 kq-da Əliabbas Rzazadə ispaniyalı Levan Metreveli ilə qarşılaşacaq. 

3 qat dünya və 3 qat Avropa çempionumuz Hacı Əliyev 1/4 finaldan mübarizəyə start verəcək. Onun rəqibi Munir Aktaş (Türkiyə) və Kuentin Stiker (Fransa) görüşündə müəyyənləşəcək. 

70 kq-da Zirəddin Bayramov  1/8 finalda yerli idmançı Daniel Antalla mübarizədən qalib ayrılmağa çalışacaq. 

79 kq çəkidə Əşrəf Aşırov ilk mərhələdə bolqar Miroslav Kirovu sınağa çəkəcək.

97 kq-da Məhəmmədxan Məhəmmədov litvalı Lukas Krasauskasdan üstün olmağa çalışacaq. 

Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.

***

Zirəddin Bayramov Daniel Antalla görüşdən qalib ayrılıb. O, 10:6 hesablı qalibiyyətə sevinib.

***

Əşrəf Aşırov 1/4 finalda ermənistanlı Armen Avaqyanla üz-üzə gəlib. İdmançımız rəqibinə göz açmağa imkan verməyib - 10:0.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az