Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Manşet.az xəbər verir ki, 97 kq çəki dərəcəsindəki Məhəmmədxan Məhəmmədov polşalı Matyuş Baranovski ilə qarşılaşıb.
Rəqibinə 6:4 hesabı ilə qalib gələn Məhəmmədov adını finala yazdırıb.
Beləliklə, Azərbaycanın bu gün mübarizəyə qoşulan 5 sərbəst sərbəst güləşçisindən 4-ü finala vəsiqə qazanıb. Məhəmmədovla yanaşı, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal uğrunda qüvvəsini sınayacaq.