Bu gün Latviya millisi ilə yoxlama görüşü keçirəcək Azərbaycan yığmasının kapitanı Maksim Medvedev oyunu öncəsi mətbuat konfransında iştirak edib.
Manset.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu konfransda milli komandanı sosial şəbəkədə tənqid edən azarkeşlərə cavab verib: “Uşaqlar bir-birini başa düşə, uyğunlaşa bilmirdilər. Bəzən meydanda xaos yaranırdı. Psixoloji və media tərəfdən üstümüzə hücumlar var.
Bəziləri sosial şəbəkələrə baxır, təzyiqləri qəbul edə bilmirlər. Rahat çıxsalar, Maltaya 2-3 qol vurarlar. Elə oyunlar olur ki, gah eniş, gah artım olur. 90 dəqiqəni eyni səviyyədə keçirmək lazımdır”.