“Qarabağ” darmadağınla qalib gəldi - Yeniləndi

22:00 - 02 Aprel 2022

“Qarabağ” darmadağınla qalib gəldi - Yeniləndi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.

Manşet.az xəbər verir ki, turun açılış matçında “Qarabağ” “Səbail”i qəbul edəcək.

Günün digər oyununda isə “Sabah” “Sumqayıt”ın qonağı olacaq.

Qeyd edək ki, tura aprelin 3-də keçiriləcək "Qəbələ" - "Keşlə" və "Neftçi" - "Zirə" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XXI tur

2 aprel (şənbə)

16:00.  “Qarabağ” –  “Səbail”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cəmil Quliyev, Elçin Məsiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
"Azersun Arena".

18:15. “Sumqayıt” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”.

***

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci tura start verilib.

İlk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında lider “Qarabağ” “Səbail”lə münasibətlərinə aydınlıq gətirib. Ağdam təmsilçisi doğma meydanda darmadağına sevinib: 5-1.

Günün digər matçı “Sumqayıt”la “Sabah” arasında baş tutub. Bu görüşdə isə qonaqlar böyük hesabla qalib gəliblər: 3-0.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az