Rıza Kayaalp 11 qat Avropa çempionu oldu

23:27 - 02 Aprel 2022

Rıza Kayaalp 11 qat Avropa çempionu oldu

Türkiyənin yunan-Roma güləşçisi Rıza Kayaalp karyerasında 11-ci dəfə Avropa çempionu olub.

Manset.az-ın məlumatına görə, 33 yaşlı pəhləvan bu dəfə Macarıstanın paytaxtı Budapeştdə keçirilən nüfuzlu yarışda qızıl medal qazanıb.

130 kq çəki dərəcəsində yer alan Kayaalp finalda İtaliya təmsilçisi Danila Sotnikova qalib gəlib - 4:0.

Bu çəkidə Azərbaycanı təmsil edən Beka Kandelaki bürünc medal görüşündə macarıstanlı Dariuş Attila Vitekə uduzaraq, 5-ci yeri tutub.

Qeyd edək ki, Rıza Kayaalp 4 qat dünya çempionu və 3 qat olimpiya mükafatçısıdır. O, qızıl medallardan 2-ni Bakıda - 2010-cu il Avropa çempionatında və 2015-ci ildə keçirilmiş I Avropa Oyunlarında əldə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az