On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda mübarizəyə qələbə ilə başlayıb.
Manşet.az xəbər verir ki, B liqasının birinci qrupunda mübarizə aparan yığmamız Farer adaları ilə qarşılaşıb.
Şimali İrlandiyanın Larn şəhərindəki “İnver Park”da keçirilən görüş baş məşqçi Vüqar Əsgərlinin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamızın heyətində qolları Aysun Muradova və Pərvin Səfərəliyeva vurublar.
Qeyd edək ki, bu qrupun digər oyununda ev sahibi Şimali İrlandiya Malta seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Azərbaycan millisi qrupdakı ikinci matçını aprelin 9-da Maltaya qarşı keçirəcək.