"Bursaspor" Namik Ələskərovun məhsuldar ötürməsi ilə qələbə qazandı

23:37 - 10 Aprel 2022

\"Bursaspor\" Namik Ələskərovun məhsuldar ötürməsi ilə qələbə qazandı

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov "Bursaspor"un heyətində Türkiyə I Liqasında növbəti matçını keçirib.

Manset.az-ın məlumatına görə, 27 yaşlı hücumçu XXXI turun "Kocaelispor"la ev oyununda start heyətdə yer alıb. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Start heyətdə meydana çıxan Ələskərov 64-cü dəqiqədə komanda yoldaşı Joao Pedroya məhsuldar ötürmə verərək, qələbə topunun vurulmasında pay sahibi olub. O, 87-ci dəqiqədə yerini Ramazan Keskinə verib.

Bu qələbə sayəsində xalını 31-ə çatdıran "Bursapor" 18-ci pillədə yer alıb. "Kocaelispor" isə 33 xalla 17-cidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az