Azərbaycan Premyer Liqası: "Zirə" "Səbail"ə qalib gəlib

20:13 - 16 Aprel 2022

Azərbaycan Premyer Liqası: \"Zirə\" \"Səbail\"ə qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

Manşet.az xəbər verir ki, günün ilk matçında "Zirə" "Səbail"i qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

32-ci dəqiqədə Hamidu Keyta hesabı açıb. 28 yaşlı fransalı yarımmüdafiəçi iki dəqiqə sonra penaltini dəqiq yerinə yetirməklə özünün və komandasının ikinci qoluna imza atıb. 90+4-cü dəqiqədə Nikolas Raysel penaltidən təsəlli qolunu vurub.

Qələbə sayəsində xallarının sayını 39-a çatdıran "Zirə" 3-cü pillədə qərarlaşıb. "Dənizçilər" 14 xalla sonuncu - 8-ci yerdədir.

Qeyd edək ki, günün digər görüşündə "Neftçi" "Sabah"ı qəbul edəcək. İlk oyun günündə "Qəbələ" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçəyə razılaşıb, "Qarabağ" isə "Şamaxı"nı darmadağın edib - 8:0.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az