"Neftçi" "Sabah"ı məğlub etdi

22:43 - 16 Aprel 2022

\"Neftçi\" \"Sabah\"ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.

Manset.az-ın məlumatına görə, günün ikinci matçında "Neftçi" "Sabah"ı qəbul edib.

"Bakcell Arena"dakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah"ın heyətində Bəxtiyar Həsənalızadə 5-ci dəqiqədə avtoqol müəllifi olub.

Qələbə sayəsində xallarının sayını 44-ə çatdıran "Neftçi" ikinci, 32 xalı olan "Sabah" isə 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk görüşündə "Zirə" "Səbail"i 2:1 hesabı ilə üstələyib. İlk oyun günündə "Qəbələ" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçəyə razılaşıb, "Qarabağ" isə "Şamaxı"nı darmadağın edib - 8:0.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az