Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçiriləcək.
Manset.az xəbər verir ki, turun bütün görüşləri eyni günə təyin edilib.
Səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Qarabağ" sona 4 tur qalmış 9-cu çempionluğunu rəsmiləşdirə bilər. Bunun üçün "Qarabağ"ın ən yaxın izləyicisi "Neftçi" "Səbail"lə səfər matçında qalib gəlməməlidir. “Neftçi” heç-heçə etsə, “Qarabağ”a qələbə, "ağ-qaralar" uduzsa, Ağdam klubuna 1 xal kifayətdir ki, çempion olsun.