Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Manset.az-ın məlumatına görə, bu raundun ikinci matçında İngiltərə "Liverpul"u İspaniyanın "Vilyarreal" klubunu qəbul edəcək. "Enfild" stadionundakı görüşü polşalı Şimon Marçinyak idarə edəcək. Laysmanlar Pavel Sokolnitski və Tomaş Listkeviç, 4-cü hakim isə sloveniyalı Slavko Vinçiç olacaq.
Qarşılaşma öncəsi meydan sahiblərinin heyətində itki yoxdur. Qonaqlardan isə Alberto Moreno və Yeremi Pino zədə səbəbindən meydana çıxmayacaqlar.
Komandalar arasında cavab matçı mayın 3-də İspaniyada keçiriləcək.
UEFA Çempionlar Liqası, yarımfinal
İlk oyun
28 aprel
23:00. "Liverpul" (İngiltərə) - "Vilyarreal" (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Liverpul, "Enfild" stadionu
Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniya "Real Madrid"i İngiltərədə "Mançester Siti"yə uduzub - 3:4.