"Roma" və "Feyenoord" finalda - "Marsel" mübarizəni dayandırdı (VİDEO)

08:30 - 06 May 2022

\"Roma\" və \"Feyenoord\" finalda - \"Marsel\" mübarizəni dayandırdı (VİDEO)

Futbol üzrə UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Manset.az-ın məlumatına görə, bununla finala vəsiqə qazanan komandalar bəlli olub.

Turnirin favoritlərindən "Roma" İtaliyada İngiltərə "Lester"ini minimal hesabla məğlub edib. Yeganə qolu 11-ci dəqiqədə Temmi Abraham vurub. Lesterdəki ilk qarşılaşmada heç-heçə qeydə alındığından, "canavarlar" iki oyunun nəticəsinə əsasən mərhələ adlayıblar.

Digər cavab oyununda isə Niderland "Feyenoord"u Fransada "Marsel"lə üz-üzə gəlib. İlk görüşdə 3:2 hesablı qələbə qazanan Rotterdam təmsilçisi səfərdə qolsuz heç-heçəyə nail olaraq, finala yüksəlib.

"Marsel" turnirin pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırıb.

UEFA Konfrans Liqası, yarımfinal

Cavab oyunları

5 may

23:00. "Roma" (İtaliya) - "Lester" (İngiltərə) - 1:0

Qol: Temmi Abraham, 11

Baş hakim: Srcan Yovanoviç (Serbiya)

Roma, "Olimpiko" stadionu

İlk oyun - 1:1.

 

23:00. "Marsel" (Fransa) - "Feyenoord" (Niderland) - 0:0

Baş hakim: Sandro Şerer (İsveçrə)

Marsel, "Velodrom" stadionu

İlk oyun - 2:3

Qeyd edək ki, Konfrans Liqasında final görüşü mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az