Mahir Emreli Xorvatiya çempionu oldu

09:03 - 16 May 2022

Mahir Emreli Xorvatiya çempionu oldu

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Zaqreb "Dinamo"sunun heyətində Xorvatiya çempionu olub.

 

Manset.az xəbər verir ki, bu, XXXV turda səfərdə "Şibenik" üzərində 2:0 hesablı qələbə sayəsində mümkün olub. Beləliklə, sona 1 tur qalmış xalını 76-ya çatdıran "Dinamo" ən yaxın izləyicisi "Hayduk"u 4 xal geridə qoyub.

Beləliklə, paytaxt təmsilçisi ardıcıl 5-ci, ümumilikdə 23-cü dəfə Xorvatiya çempionu olub.

Qeyd edək ki, Mahir Emreli qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az